İtaliyalı baş məşqçi Azərbaycan millisi ilə debüt edib

İtaliyalı baş məşqçi Azərbaycan millisi ilə debüt edib

Belarusda təlim-məşq toplanışında olan voleybol üzrə qadınlardan ibarət Azərbaycan milli komandası yeni baş məşqçi Covanni Kapraranın rəhbərliyi altında ilk oyununu keçirib.

REAL "Report"a istinadən xəbər verir ki, yığma meydan sahibi Belarus kollektivi ilə qarşılaşıb. Oyun 2:2 hesablı bərabərliklə sona çatıb.

Bu komandalar hazırlıq çərçivəsində daha bir matç keçirəcəklər.

Azərbaycan millisi mayın 26-da Qızıl Avro Liqasının ilk oyununda da Belarus yığması ilə üz-üzə gələcək.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə