Arsenal azarkeşləri tanınmış qapıçının Bakıdakı finalda oynamasını istəmirlər

Arsenal azarkeşləri tanınmış qapıçının Bakıdakı finalda oynamasını istəmirlər

İngiltərənin "Arsenal" klubunun azarkeşləri Bakıda keçiriləcək UEFA Avropa Liqasının final matçında qapıçı Petr Çexin oynamamasını tələb edirlər.

REAL Report-a istinadla xəbər verir ki, səbəb 37 yaşlı qolkiperin cari mövsüm karyerasını başa vurandan sonra digər finalçı "Çelsi"yə qayıtmasıdır.

Fanatlar çexiyalı oyunçunun əvəzinə həlledici matçda almaniyalı Bernd Lenoya şans verilməsini istəyirlər.

Qeyd edək ki, İngiltərə mətbuatı Petr Çexin "Çelsi"nin idman direktoru olacağını yazıb. 2015-ci ildən "topçular"ın formasını geyinən təcrübəli oyunçu 2004 - 2015-ci illərdə "Çelsi"nin şərəfini qoruyub.

Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq. 

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə