Bakıda keçiriləcək Avropa Liqasının finalının açılış mərasimində tanınmış DJ çıxış edəcək

Bakıda keçiriləcək Avropa Liqasının finalının açılış mərasimində tanınmış DJ çıxış edəcək

Bakıda keçiriləcək UEFA Avropa Liqası finalının açılış mərasimidə DJ Conas Blu çıxış edəcək.

REAL Report-a istinadla xəbər verir ki, britaniyalı sənətçi 150 yerli rəqqasla birgə böyük oyunun cəlbedici başlanğıcını qoyacaq. Azərbaycan paytaxtında - Şərqlə Qərbin qovuşduğu şəhərdə səhnəyə qoyulmuş bu performansın zəngin və özündə müxəlif təcrübəni ehtiva edəcəyi gözlənilir.

Əsrarəngiz xüsusi effektlər səmanı işıqlandırdığı vaxt Conas Blu özünün ən böyük hitlərinin miksini nümayiş etdirəcək və tamaşaçılara müsbət enerjini verməklə final oyununda mübarizəyə qoşulmağa hazırlaşan iki komandaya xüsusi ehtiramını bildirəcək.

Açılış mərasiminin prodüseri Polşa şirkəti “Platige Image”dir. Şirkət indiyədək 7 UEFA mərasimi üzərində çalışıb. Mərasimin rejissoru dünya miqyasında canlı şouları yaradan və onları idarə edən tanınmış xoreoqraf Valdek Şimkovyakdır.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək finalda İngiltərənin “Arsenal” və “Çelsi” komandaları qarşılaşacaq.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə