Ulaqdan bulağa - VİDEO

Ulaqdan bulağa - VİDEO
Şamaxı və Ağsunun susuz kəndlərinə su çəkilir

Şamaxının Bağırlı kənd sakinlərinin susuzluqdan illərdir bağrı ciyəri yanırdı.

İndiyədək bu kəntdə içməli su şəbəkəsi mövcud olmayıb və əhali suya olan tələbatını uzaq məsafələrdən daşıyaraq ödəyib.

Ulaqla bu yayın istisində də, qışın soyuğunda da belə olub. İndi Azərsu ulağı bulaqla əvəz etmək istəyir. Bunun üçün, Şamaxı və Ağsu rayonlarının 5 kəndində içməli su layihələrinin icrasına başlanılıb. 

Kəndləri içməli su ilə təmin etmək üçün mənbə olaraq Oğuz-Qəbələ-Bakı su kəməri seçilib.

Su kəmərindən götürülən suyun kəndlərə nəqli məqsədilə ümumi uzunluğu 9,5 km olan magistral su xəttinin inşası nəzərdə tutulur.

Ağsu rayonunun Qəşəd kəndində 50 kubmetr tutumlu su anbarı tikiləcək, Ləngəbiz kəndindəki 100 kubmetr tutumu olan mövcud su anbarı yenidən qurulacaq. Bu kəndlərdə 15 km su xətti çəkiləcək və əhalinin ümumi istifadəsi üçün 78 bulaq quraşdırılacaq.

Layihə çərçivəsində Şamaxı rayonunun Bağırlı, Ovçulu, Çöl Göylər kəndlərində də belə infrastruktur yaradılır. 

Qeyd edək ki, layihələrin icrasından 6 mindən çox sakin faydalanacaq. Həmişə aydınlıqda.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə