İsmayıllıda iki azyaşlını it dişləyib

İsmayıllıda iki azyaşlını it dişləyib

İsmayıllıda iki azyaşlını it dişləyib.

REAL-ın ONA-ya istinadən xəbərinə görə, rayonun Xanagah kəndində yaşayan 2014-cü il təvəllüdlü Ələkbərov Əli Rafael oğlu qonşunun itinin hücumuna məruz qalıb. İt uşağın çanaq nahiyyəsini, əl və ayağını dişləyib. Azyaşlı xəstəxanaya çatdırılıb, əməliyyat olunub. 

Rayonun Xankəndi kəndində yaşayan 2015-ci il təvəllüdlü Adıgözəlova Aylin Murad qızı isə həyətdə oynayarkən sahibsiz küçə itinin hücumuna məruz qalıb. Uşaq qol və baş nahiyyəsindən xəsarət alıb. 

Hər iki uşaq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə