Çinin xarici işlər naziri Azərbaycana gəlir, YENİLƏNİB

Çinin xarici işlər naziri Azərbaycana gəlir, YENİLƏNİB

Çinin XİN rəhbəri Vanq Yinin Azərbaycana bu gün səfər edəcəyi gözlənilir.

REAL ONA-ya istinadən xəbər verir ki, nazir sabahdan etibarən rəsmi görüşlərə başlayacaq.

Onun Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovla da görüşəcəyi bildirilir.

 

******

19:00

Çinin xarici işlər naziri Vanq Yi Azərbaycana səfər edəcək.

REAL-ın ONA-ya istinadən verdiyi məlumata görə, nazir mayın 20-dən 27-nə kimi regionda səfərdə olacaq.

Nazir artıq Tacikistan və Qırğızıstana səfər edərək, Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin iclasına qatılıb. Sabah onun Gürcüstana səfəri başlayır.  Nazirin proqramına Azərbaycan və Ermənistana səfər də daxildir.

Azərbaycana səfər xarici işlər naziri Elmar Məmmədyarovun dəvəti ilə gerçəkləşəcək.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə