Erməni kabusuna dönən hərbi təlimlər - VİDEO

Erməni kabusuna dönən hərbi təlimlər - VİDEO
Ordumuzun genişmiqyaslı təlimləri Ermənistan tərəfində narahatlıq yaradıb

Azərbaycan silahlı qüvvələrinin həyata keçirdiyi genişmiqyaslı təlimlər Ermənistana göstərir ki, döyüş meydanında hansı silahlı qüvvələrin zərbələrinə tuş gələcəklər.

Bunu hərbi ekspert, ehtiyatda olan polkovnik mayın 20-dən start götürən Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin, qisim, birlik və birləşmələrin iştirakı ilə keçirilən genişmiyqaslı təlimləri şərh edərkən dedi.

Polkovnik qeyd edir ki, irimiqyaslı təlim keçirmək mürəkkəb proses olsa da Azərbaycan ordusunun hərbi kontingentinin yüksək peşəkarlığı buna imkan verir.

Genişmiqayslı təlimlərin hər dəfəsində Ermənistanda həyəcanın artırmasına diqqət çəkən hərbçi qeyd edir ki, əslində bu da başa düşüləndir. Çünki hərbi qüdrəti artan Azərbaycanın bu imkanlarını Ermənistanda düzgün təhlil edən toplum bunun işğalçı ölkə üçün nə ilə nəticələnəcəyinin fərqindədir.

Şair Ramadanov qeyd edir ki, Hərbi ritorikadan əl çəkməyən Ermənistan baş naziri Nikol Paşinyanın Qarabağda hərbi əməliyyatlar başlayacağı təqdridə bunun məğlubiyyətlə nəticələnəcəyini etiraf etməsi də onun Azərbaycanın hərbi qüdrəti qarşısında acizliyinin göstəricisidir. Bu bəyanat həm də qeyri-konstruktiv siyasət aparmağa alışıq olan Paşinyanın yarıtmaz daxili siyasətindən fikir yayındarmağa hesablanıb.

Azərbaycan Hərbi Hava Qüvvələrinin Türkiyənin Konya şəhərində keçirilən “Anatolian Phoenix-2019” beynəlxalq axtarış-xilasetmə təlimlərində uğurlu iştirakından danışan hərbçi qeyd edir ki, bu Azərbaycanın artan hərbi qüdrətinin əyani təzahürüdür.

Xatırladaq ki, may ayının 14-dən Türkiyənin Konya şəhərində start götürən "Anatolian Phoenix-2019” beynəlxalq axtarış-xilasetmə təlimlərində Azərbaycan HHQ-nin iki Mi-35 və iki Mi-17 helikopteri iştirak edir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə