Taekvondoçularla görüş keçirilib - VİDEO

Taekvondoçularla görüş keçirilib - VİDEO
M.Harçeqani qızıl, F.Əzizova bürünc medal qazanıb

Gənclər və İdman Nazirliyində taekvando üzrə dünya çempionatında uğurla çıxış etmiş Azərbaycan yığma komandasının üzvləri ilə görüş keçirilib.

Tədbirdə nazir müavini İsmayıl İsmayılov, İdman şöbəsinin müdiri Fərid Mansurov, dünya çempionatının qalibi Milad Harçeqani və bürünc mükafatçı Fəridə Əzizova iştirak edib.

Mundialın gərgin idman mübarizəsi şəraitində keçdiyini deyən nazir müavini növbəti yarışlarda idmançılardan daha böyük uğur gözlədiyini bildirib. 

Peşəkar karyerası ərzində ikinci dünya çempionluğunu yaşamış Milad Xarçeqani isə mundialdakı döyüşləri barədə danışıb. Necə deyərlər qızıl hədiyyə edilmir.

Yarışın bürünc mükafatçısı Fəridə Əzizova prinsipial rəqibini məğlub edərək üçüncü yeri tutub. İdmançı özü dediyi kimi, gümüş məğlubiyyətlə, bürünc isə qələbə ilə qazanılır.

Qeyd edək ki, bundan sonra taekvondo üzrə yığma komandasım lisenziya xarakterli qran-prilərdə mübarizə aparacaq.

Ümid edirik ki, dünya reytinqində lider olan Miladın uğurlu çıxışı bütünlükdə komandaya da siraət edəcək.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə