100 ilin tənhalığı - VİDEO

100 ilin tənhalığı - VİDEO
Bu gün xalq yazıçısı Hüseyn İbrahimovun 100 yaşı tamam olur

Düzdür, o Yüz ilin tənhalığını yazan Markes qədər məşhur ola bilmədi. Amma o öz ölkəsində kifayəq qədər məşhur idi. Ötən əsrin 80-ci illərində onun “Sabahın sorağında” əsəri əldən ələ gəzirdi. Bizim evdə də vardı Hüseyn İbrahimovun bu kitabı. Su kimi içilən bir roman idi. Həm də Hüseyn İbrahimov yaradıcılığını bizə tanıdan....

O povestlərində M.S.Ordubadini, yumoristik hekayələrində isə Mirzə Cəlili xatırladırdı. Novellaları isə bir ayrı möcüzə idi. Bunu "Yeddinci meyit"i oxuyanlar bilər. Sanki lətifə danışırdı yazıçı bizə. İstəyirsiz mən də sizə danışım.

Deməli, hadisələr onun doğulduğu kənddə cərəyan edir. 

"Nəsimi" filminin bir sıra kadrları Əlincə qalasının ətrafında çəkilir. Kənd dükanında satıcı işləyən Güləlini də kütləvi səhnələrə dəvət edirlər. Həmin filmin göstəriləcəyi günü səbirsizliklə gözləyən Güləli, nəhayət, öz arzusuna qovuşur. Hamıya hay salır ki, məni kinoya çəkiblər, özü də Topal Teymurun qoşununa qarşı vuruşmuşuq. Qonum-qonşu, arvad-uşaq ekran qarşısına toplaşır. Kadrların birində çaydan meyitlər axır. Güləli meyitlərin birini göstərib - "bax, o dalda üzən... mənəm... Yeddinci meyit" - deyir. Arvadı Güləliyə baxıb, Ömründə bircə dəfə elə iş tutmadın ki, kişi işinə oxşasın"-deyir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə