Bakıda Oftalmologiyanın bu günü və gələcəyi adlı konfrans keçirilir

Bakıda Oftalmologiyanın bu günü və gələcəyi adlı konfrans keçirilir

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin 10 illiyinə həsr olunmuş "Oftalmologiyanın bu günü və gələcəyi" adlı konfrans keçirilir.

REAL ONA-ya istinadla xəbər verir ki, konfrans Səhiyyə Nazirliyi, Azərbaycan Oftalmoloqlar Cəmiyyəti və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşəbbüsü ilə baş tutub. 

Konfransı açıq elan edən Akademik  Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov bildirib ki, 10 illiyini qeyd edən Mərkəz beynəlxalq standartlara cavab verən müasir diaqnostik avadanlıqlarla təchiz olunub: "Mərkəzdə oftalmologiyanın bütün sahələrini əhatə edən şöbələr və yüksək ixtisaslı mütəxəssislər  fəaliyyət göstərir. Ən müasir texnologiyalar əsasında işləyən diaqnostik avadanlıq və üsulların istifadəsi görmə orqanlarının anatomik və funksional parametrlərini dəqiq müəyyən etməyə imkan verir. Nəticədə göz xəstəliklərinin diaqnostikası və müalicəsinin keyfiyyətini, gözün müəyyən strukturunda aparılan cərrahi əməliyyatların funksional nəticələri qat-qat yüksəlib. Mərkəzin aparıcı cərrahları dünyanın qabaqcıl oftalmoloji müəssisələrində aparılan unikal cərrahi əməliyyatları tətbiq edirlər".

E. QAsımovun sözlərinə görə, 10 ildir Masallı rayonunda, 3 ildir Gəncə şəhərində Mərkəzin Regional şöbələri fəaliyyət göstərir. Bu filiallar ən müasir oftalmoloji avadanlıqlarla təchiz olunub. Regional şöbələrdə yerli əhaliyə yüksək ixtisaslı cərrahi və konservativ yardım göstərilir: "Mərkəz tərəfindən region əhalisinə təmənnasız oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün 2005-ci ildə müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunmuş Səyyar klinika təşkil edilib. Səyyar klinika paytaxtda və respublikanın bir çox rayon və şəhərlərində aksiyalar keçir. Bununla yanaşı, 2018-ci ildən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu səyyar klinikası fəaliyyətə başlayıb".

Konfransda “Azərbaycanın bölgələrində mobil oftalmolojı llinika əsasında görmə orqanının patologiyalarının skrininqi və korluğun qarşısının alınması”, “Gözün xarici aparatının müştərək travması zamanı kombinə rekonstruktiv əməliyyatın imkanlarına dair”, “Uşaqlarda zəif görmənin reabilitasiyası”, “Orbital patologıyaların diaqnostikası və cərrahi müalicəsi”, “Şəkərli diabetli xəstələrdə kornea epiteli və neyropatiya” kimi məsələlər müzakirə ediləcək.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə