Azərbaycanda dəmir yolu ilə sərnişindaşımaların həcmi 20% artıb

Azərbaycanda dəmir yolu ilə sərnişindaşımaların həcmi 20% artıb

Bu ilin yanvar-aprel ayıları ərzində Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 4,7 mln. ton yük daşınıb ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 5,5% çoxdur.

REAL ONA-ya istinadla xəbər verir ki, hesabat dövründə dəmir yolu ilə 1 mln. sərnişin daşınıb, bu da 2018-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 19,9% çoxdur.

Bundan başqa, hesabat dövrü orta hesabla sutkada 269 vaqon yüklənib, 397 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 10,4 min ton, Qərb istiqaməti üzrə 4,3 min ton, Cənub istiqaməti üzrə isə 0,6 min ton yüklənmə işi yerinə yetirilib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə