Valeh Ələsgərov: Heç bir dövlətin ərazisindən keçən kəmərdən asılı olmaq olmaz

Valeh Ələsgərov: Heç bir dövlətin ərazisindən keçən kəmərdən asılı olmaq olmaz

“Heydər Əliyevin iradəsi sayəsində Azərbaycan ən əlverişli şərtlərlə “Əsrin müqaviləsi”ni imzaladı. Xalq öz sərvətlərindən yararlana bilirsə, həmin sərvətinin sahibidir”.

REAL ONA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri ilə görüşdə “Azərbaycanda enerji təhlükəsizliyi” mövzusunda çıxış edən Milli Məclisin sədr müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov bildirib. 
Valeh Ələsgərov deyib ki, Bakı- Novorossiysk kəməri yox idi, Novorossiyskdən Bakıy aagələn kəmər vardı: “1999-cu ilin aprelində Bakı-Supsa kəməri işə düşdü, həmin ilin noyabrında Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə bağlı sənəd imzalandı. Hətta dostun, qardaşın olsa da, bir dövlətin ərazisindən keçən kəmərdən asılı olmaq olmaz. Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə biz bu gün Qazaxıstan neftini də ixrac edə bilərik”.

Milli Məclisin sədr müavini nəzərə çatdırıb ki, Azərbaycan bu gün dünyada həm də tranzit, nəqliyyat imkanlarını təqdim edən ölkə kimi tanırır : “Enerji təhlükəsizliyi dedikdə həm də Azərbaycana daxil olan vəsaitlərdən söhbət gedib. Ötən illər ərzində “Əsrin müqaviləsi”ndən mənfəət nefti hesabına Azərbaycana 130-140 milyard dollara yaxın vəsait daxil olub. Bu gün Azərbaycanın enerji cəhətdən – benzin, qaz, elektrik baxımından heç bir problemi yoxdur ”.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə