Nazir: Sabirin Şamaxıda yerləşən ev-muzeyinin daxili tərtibatı tamamlanmaq üzrədir

Nazir: Sabirin Şamaxıda yerləşən ev-muzeyinin daxili tərtibatı tamamlanmaq üzrədir

"Mirzə Ələkbər Sabirin ev-muzeyinin daxili tərtibatı tamamlanmaq üzrədir".

REAL Report-a istinadla xəbər verir ki, bunu Mədəniyyət naziri Əbülfəs QarayevŞamaxıda vətəndaş qəbulundan sonra jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, Şamaxı şəhəri Azərbaycan tarixinə görkəmli şəxsiyyətlər bəxş edib: "Bu il böyük Azərbaycan şairi İmadəddin Nəsiminin yubileyi ilə əlaqədar Şamaxıda festivalın keçirilməsinə hazırlıq həyata keçirilir. Bugünkü qəbulda mədəni xidmətlərin səviyyəsinin artırılması, müasir tələblər səviyyəsində qurulması kimi məsələlər qaldırıldı, eyni zamanda fərdi qaydada baxılmalı olan məsələlər də var. Həmçinin bölgədə olan tarixi abidələrin bərpası, qorunması ilə bağlı məsələlər də xüsusi diqqətdə saxlanılacaq”.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə