Birinci vitse-spiker ermənilərin Qarabağa dair iddialarına cavab verib

Birinci vitse-spiker ermənilərin Qarabağa dair iddialarına cavab verib

“Dağlıq Qarabağ münaqişəsi 1988-ci ilin fevralından başlamayıb”.
REAL ONA-ya istinadla xəbər verir ki,  bunu bu gün Milli Məclisdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri ilə görüşdə “Azərbaycanda təhlükəszlik sistemi. Dağlıq Qarabağ münaqişəsi və onun həlli həlli yolları”  mövzusunda çıxış edən Mili Məclisin sədrinin birinci müavini, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.
Z. Əsgərov deyib ki, ermənilərin 200 il ərzində Azərbaycana qarşı ərazi iddiaları olub: “Ermənilər Qafqazın aborigen xalqı deyil, gəlmədir. Azərbaycan 1919-cu ildə Millət Liqasına üzvlük üçün müraciət edib, 1920-ci il yanvarın 12-də Azərbaycan tanındı. Ermənistan da müraciət edib, ancaq Millətlər Liqası qəbul etməyib. Çünki Ermənistanın ərazisi yox idi. O vaxt 20 dövlət Azərbaycanı de-fakto tanıdı ”.
Milli Məclisin sədr müavini nəzərə çatdırıb ki, Ermənistan 1918-1920-gi illərdə Dağlıq Qaoabağ Azərbaycanın ərazisi olmadığı iddiası ilə çıxış edirlər: “SSRİ parçalanma ərafəsində qərar qəbul edib ki, hər bir bir müttəfiq respublikanın SSRİ-nin tərkibindən çıxmaq hüququ saxlanılır. Ermənilər iddia edir ki, bu və digər müttəfiq respublika, o cümlədən Azərbaycanın SSRİ-dən çıxması Dağlıq Qarabağa daixil deyil. Üçüncü, ermənilər deyirlər ki, siz Xalq Cümhuriyyətinin varisiniz. Deyirlər ki, siz Xalq Cümhuriyyətinin varisisinizsə,  sovet Azərbaycanın varisi deyilsiniz”.
Z. Əsgərov qeyd edib ki, Xalq Cümhuriyyəti dövründə Dağlıq Qarabağ quberniyası yaradılıb və ora azərbaycanlı qubernator qoyulub: “Dağlıq Qarabağda erməni iciması da bəyan edir ki, Azərbaycanın suverenliyi altında yaşayırlar. Digər tərəfdən, Millətlər Liqası Ermənistanı qəbul etməyb, Ermənistan məsələsi havada qalıb. Azərbaycandan torpaq qopardıb, Ermənistanı yaradıblar. Onu da iddia edirlər ki,  Stalinin dəstəyi ilə Dağlıq Qarabağ Azərbaycana verilib. Ancaq  1921-ci il iyulun 5-də qərar qəbul edilib ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanıolsın. Deməli, həmin vaxta qədər Dağlıq Qapabağ Azərbaycanın tərkiğbində olub ”.

Vitse-spiker xatırladıb ki, Qars müqaviləsində Naxçıvan Cümhuriyyətinin Azərbaycanın patronajdlığı altında yaradılmasından söhbət gedir: “Ermənilər o vaxt daha çox Naxçıvana iddia edirdilər, Qars müqaviləsində isə Naxçıvan məsələsi tam əksini tapdı. Dağlıq Qarabağın hər zaman Azərbaycanın əzəli torpağı olduğu əksini tapıb. Digər tərəfdən, SSRİ parçalanandan sonra hansmı müttəfiq respublikanın tərkibinlən muxtar respublika çıxıb? Belə presedent olmyaıb. Nəhayət, bizitm Xalq Cümhuriyyətinin vasisi olubumuz, sovet Azərbaycanın varisi olmadığımız barədə iddiaya gəlincə, beynəlxalq hüquqa görə, Azərbaycan SSRİ övründə öz ərazi bütövlüyünü saxlyaıbsa, müstəqillikdən sonra dahəmin ərazi buna məxsusdur. Bu prinsip bütün dünyada tətbiq olunur”.
Z. Əsgərov qeyd edib ki, iddiaları əsassız çıxan  ermənilər indi isə Azərbayanı işğal faktı ilə barışmağa çağırır. 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə