Canazyanlardan Henrikə ismarıc - VİDEO

Canazyanlardan Henrikə ismarıc - VİDEO
Bakıda Avropa çempionatı start götürüb

Bakıda aerobika gimnastikası üzrə Avropa çempionatı start götürüb. Milli gimnastika arenasında keçirilən yarışda 22 ölkədən 333 idmançı bacarığını nümayiş etdirir. “Arsenal” cəbhəsinin Mxitaryanın üstündə əsdiyi bir vaxtda 2 erməni əsilli idmançı Rusiya yığmasının heyətində Bakıya gəlib. Canazyan ailəsinin 2 üzvü Qarsevan və Duxik mübarizəyə sabahdan etibarən qoşulacaqlar. Özü də bu Canazyanların Bakıya ilk səfəri deyil. 

2013-cü ildən qardaşımla birlikdə çıxış edirik. Dünya və Avropa çempionu olmuşuq, 2015-ci ildə Bakıda keçirilmiş Avropa oyunlarının mükafatçısı olmuşuq. Əsas məqsədimiz layiqli çıxış etməkdir. Mayın 21-dən burdayıq, sabah isə yarışa çıxacağıq. Təhlükəsizlik və təşkilatçılıq ideal vəziyyətdədir, insanlar çox mülayim, və səmimidirlər. Hətta şəhərdə azanda yaxınlaşıb insanlardan kömək istəyirik və bizə dərhal yardım edirlər.

Duxikin qardaşı Qarsevan isə aerobika qədər futbolu da sevir. Özü Arsenal azarkeşidir, amma topçulara məhəbbətinin səbəbi Mxitaryan deyil. 

Təhlükəsizlik həqiqətən də yüksək səviyyədədir, insanlar hər zaman kömək etməyə hazırdır, hər şey qaydasındadır. Çelsi yoxsa Arsenal? Bacımla mərcə etmişik. Düzünü bilmək istəyirsinizsə Arsenala azarkeşlik edəcəm. Özü də Mxitaryana görə yox, mən əslində futbola baxmaqdan çox oynamağı sevirəm. İnsanlar müxtəlifdir, siyasət siyasətdir, idmanı bura qatmaq lazım deyil. Ona görə də hər şey isnaların özündən asılıdır. Bu Mxitaryanın öz seçimidir. Biz burada idmanın siyasətlə əlaqəsini görmədik. Bura çıxış etməyə və öz ölkəmizin bayrağını qaldırmağa gəlmişik. 

Canazyan ailəsinin üzvlərinin dedikləri İngiltərədə oturub kürkünə birə düşmüşlərə cavabdır. Bir tərəfdə təhlükəsizliklə bağlı tam zəmanət məktubu, digər tərəfdə bu təhlükəsizliyin əyani sübutu olan Duxiklə Qarsevan. İlk günün nəticələrinə gəlincə. Qitə miqyaslı yarışda bugün yalnız yeniyetmə gimnastlar bacarığını nümayiş etdirib. İdmançılar fərdi, trio, qarışıq cütlük və qrup hərəkətlərini icra etməklə hakimlərdən yüksək bal almağa çalışıblar. Heyəti Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Elyanora Yusifovadan ibarət olan qrup komandamız təsnifat mərhələsini 15,300 xalla başa vurub. Məlum nəticə ilə zəriflərimiz finala vəsiqəni təmin edib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə