Günəşin bacısı - VİDEO

Günəşin bacısı - VİDEO
Sevil Qazıyevanın Bakıdakı büstü baxımsız vəziyyətdədir

Paytaxtın Nəsimi rayonu ərazisində Zorge parkında Azərbaycanın SSR-də ilk qadın mexanizator, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR Ali Sovetinin deputatı Sevil Qazıyevanın büstü var.

Əslində bu büst 2002 ci ilin yayında qarulub.

Yəni xəbər Sevil Qazıyevanın büstünün bu parkda qoyulması deyil, Sevil Qazıyevanın adının büstün arxasında qeyd olunmasıdır. Adətən büstün kimə məxsusluğu onun elə qarşısında qeyd olunur. Burda isə əksi ilə rastlaşırıq.

Xalq rəssamı Fuad Salayev də Sevil Qazıyevə haqqında büstdə qeyd olunan məlumatın büstün arxada deyil, öndə qeyd olunmasının daha münasib olduğunu düşünür. 

Görünür elə buna görədir ki, şəhərdə keçirdiyimiz sorğu nəticəsində çoxları Sevil Qazıyevanı tanımadı. 

Sevil Qazıyevanın büstündə adın öndə deyil, büstün arxasında qeyd olunmması ilə bağlı Mədəniyyət Nazirliyinə müraciət etdik.

Nazirlikdən bildirdilər ki, yaxın gələcəkdə paytaxda qoyulan adsız heykəllərinin adının qeyd olunması, eləcə də kiril əlifbası ilə yazıllan lövhələrin latın qrafikalı əlifba ilə əvəzlənməsi nəzərdə tutulur.

Təbbi ki, bu dəyişiklik Sevil Qazıyevanın büstünə də şamil ediləcək. Nə deyirik. Təki elə olsun. Onu da xatırladaq ki, Azərbaycan latın qrafikalı əlifbaya hələ 1991-ci ildən keçib. Zənnimcə büstə bu münasibət ən azından əlifbamıza hörmətsizlikdir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə