Millimiz mübarizəyə başlayır - VİDEO

Millimiz mübarizəyə başlayır - VİDEO
Komandamız Rumıniya ilə oynayacaq

Kişi voleybolçulardan ibarət yığma komandamız Gümüş Avropa Liqasında mübarizəyə başlayır.

Baş məşqçi Fərid Cəlalovun yetirmələri qrupda ilk görüşünü sabah Rumıniya kollektivinə qarşı keçirəcək.

Voleybol mərkəzində təşkil olunacaq qarşılaşma saat 17:00-da start götürəcək. 

Avropa Liqasına hazırlıq ərəfəsində Gürcüstan komandası ilə bir neçə yoldaşlıq görüşü keçirmişdik. Yoldaşlıq görüşlərində bütün voleybolçularımıza öz oyunlarını göstərmələri üçün şans verilmişdi. Bəzi oyunçularımız son 10-15 gündə milli komandanın düşərgəsinə gəliblər. Rumıniyaya qarşı ikinci oyun qurucu Tural Həsənli ilə oynayacağıq. Aleksey Çervyakov dizində keçirdiyi əməliyyata görə növbəti qarşılaşmalarda komandamıza kömək edə biləcək. Nəticə haqqında öncədən danışmaq istəməzdim, yalnız onu deyə bilərəm ki, bizi dəstəkləyən azarkeşlərə gözəl oyun göstərməyə çalışacağıq.

Qeyd edək ki, komandamız ikinci oyununu may ayının 29-da səfərdə Gürcüstan kollektivinə qarşı keçirəcək. Qrup qalibi olacaq komanda finalda oynamaq şansı qazanacaq.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə