Güc yox, dil pəhləvanları - VİDEO

Güc yox, dil pəhləvanları - VİDEO
Ermənistanın güc strukturları Paşinyanın bəyanatını kölgələməyə can atır

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Azərbaycan Müdafiə naziri Zakir Həsənov haqqında səsləndirdiyi fikirlər Ermənistan baş naziri Nikol Paşinyanın mayın 20-də Dağlıq Qarabağda hərbi əməliyyatların başladığı təqdirdə düçar olacaqları uğursuzluqların onun üzərində qalacağından əndişələnən bəyanatını ört-basdır etmək məqsədi daşıyır. 

Bunu REAL-a müsahibəsində ehtiyatda olan polkovnik, ordu.az saytının hərbi eksperti Ədalət Verdiyev dedi.

Hərbi ekspertin fikrincə təkcə Armen Qriqoryan deyil ,1 il ərzində bir-birinə zidd açıqlamalar verən Ermənsitan Müdafiə naziri David Tanoyan da Günnüt əməliyyatını yaddan çıxarmamalıdır. 

Ədalət verdiyev deyir ki, Paşinyanın bu bəyanatı təkcə özünü deyil, eyni zamanda özündən əvvəlki erməni hakimiyyətinin aprel döyüşlərində guya Azərbaycanın təxribata əl atması ittihamlarını yerlə bir edir.

Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Dağlıq Qarabağda təmas xəttində olan Zakir Həsənovun guya erməni silahlı qüvvələri tərəfindən müşahidə edildikdən sonra geri çəkildiyini bildirib.

Azərbaycan Müdafiə naziri Qriqoryanın sözlərini “cəfəngiyyat və axmaqlıq” adlandırıb və bu ifadələrin gülüş doğurduğunu deyib.

Bu cür ifadələr onunun hərbi işdə necə diletant olduğunu göstərir. Azərbaycanın işğal olunmuş əraziləri kimi, Ermənistanın da bütün əraziləri Azərbaycan ordusunun müşahidəsi altındadır.

Xatırladaq ki, hərbi ritorikadan başqa gücü heç nəyə çatmayan Ermənistan Müdafiə naziri David Tanoyan bu ilin martında “ərazi qarşılığında sülh” formulunu dəyişərək, onu “yeni ərazilərin işğalı üçün yeni müharibə” formulu ilə əvəzləməsi bəyanatınından sonra da Azərbaycan Müdafiə naziri tərəfindən cavab atəşi ilə susdurulmuşdu. 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə