Gözünə işıq gələnlər - VİDEO

Gözünə işıq gələnlər - VİDEO
Onların müraciətinə reaksiya verilib

Hər şey Elçin Rəsulovun sosial şəbəkədə Cənab Prezidentin şəklinə yazdığı bir şərhdən başladı.

Qardaşı oğlu balaca Yusifin gözlərinin əməliyyatı üçün Ölkə başcısına müraciət etdi və dərhal da reaksiya gəldi. Ağsu rayon Pirhəsənli kənd sakini 6 yaşlı Yusif Rəsullu erkən doğuş səbəbindən görmə qabiliyyətini itirib. O, düz 6 ildir ki, gün işığına həsrətdir.

“Anadan yarımçıq olduğuna görə şüşənin altına qoyduq. Orada sonradan onun gözləri belə oldu. Orada bunun ziyan olduğunu bildirmədilər”.

Rəsulovlar ailəsinin müraciətini Dünya Göz klinikası və Heydər Əliyev Fondu həssaslıqla qarşılayıb. Onların müraciətinə dərhal müsbət reaksiya verilib.Yusifin gözünün əməliyyatı Dünya Göz xəstəxanasında həyata keçirilib.

Gedən prossesləri REAL Televiziyası da yaxından izləyib. 

“Hazırda biz göz klinikasındayıq. 6 yaşlı Yusif göz kataraktasından və göz dibindən əməliyyat olunacaq”.

Gözündə katarakt var, birdə o biridə 3 faiz görür.

"Dövlətimzidən allah razı olsun. Prezidentə təşəkkur edirəm , Mehriban xanıma minnətdəram ki, bizim uşağımıza koməklik edirlər".

Neçə yerə aparmışıq boyun olmayıblar amma burada dedilər əlacı var. Bütün rəhbərliyə xəstəxanaya, prezidentə, Mehriban xanıma təşəkkur edirəm. Dua edirəmki uğurlu alınsın övaldım cərgələrə qoşulsun digər uşaqlar kimi.

"Miravari suyunu təmizlədik, linza qoyduq. Arxa tor qişanın önündəki yapışıq yerləri açdıq. Amma tor qişa tam inkişaf etməyib. Gec müdaxilə edilməsəydi nəticə daha yaxşı ola bilərdi. indi nəzarətdə saxlayacağıq. Hansı nəticəni alacağımzı görəcəyik. Əməliyyat gözlədiyimiz kimi uğurlu keçdi”.

Bu Dünya Göz klinikasının Heydər Əliyev Fondu ilə birlikdə həyata keçirtdiyi ilk uğurlu əməliyyat deyil.

Maddi problemlə əlaqədar əməliyyat oluna bilməyən Şəlaləyə də Ramazan ayında gözləri hədiyyə edildi. Beləliklə, 22 yaşlı Şəlalə Əmirxanlı uzun illərdir yaşadığı zülmət qaranlıq dünyadan aydınlığa çıxdı. 

Qaçış yarışında Leyla Əliyevada var idi. Orada məni onunla şəkil çəkdirməyə çağıranda donub qalmışdım. Sonra yenə keçirildi. Onda müraciət etdim ki gozlərimdə zəiflik var. Onlarda çox sağ olsunlar qəbul etdilər. Əvvəllər bulanıq görürdüm. Eynəksiz görmürdüm indi amma hər şeyi təmiz görürəm”.

Bir gözünü tam itirən, digər gözünün isə 2-3 faiz görmə qabilliyyəti olan Şəhid Fəxrəddin Qurbanlının anası Həzimə Qurbanovanın da müraciəti nəticəsiz qalmayıb. Uzun müddətdir görməyən Həzimə xanım Moskva şəhərində, akad. S.N.Fyodorov adına “Gözün Mikrocərrahiyyəsi” Elmi Texniki Kompleksində əməliyyat olunub.

“Heydər Əliyev Fonduna müraciət etdik. Komək etdilər sağ olsunlar kömək oldular, dəstək oldular.

"Əvvəl əlimnən nəyisə axtarırdım, indi amma yaxşıyam. Əsasda balamın məzarını görə biləcəyimə sevinirəm”.

Müsahiblərimdən başqa görmə qabiliyyəti zəif olan Arzu Sadıqov, Aybəniz Zeynalova, Təranə Baxışova, Gülcahan Osmanova,  Qalib Hətəmov və digər vətəndaşların da müraciətlərinə dərhal reaksiya verilib.

 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə