Bir şəhərin memarı - VİDEO

Bir şəhərin memarı - VİDEO
Bakının ilk meri - Əliş Ləmbəranski

Bu gün O Bakını görsəydi bəlkə də tanımazdı.

O Bakını ki, onun gözəlləşməsində onun danılmaz rolu olmuşdur. Əliş Ləmbəranski dövründə tikilən tikililərdə əsas fikir memarlıq üslubuna verilirdi.

Bir gün Sovet Azərbaycanın plenium iclasında Əliş bəy söz alaraq ölkədə evsizlərin sayının çox olduğunu və təcili addımlar atılmağı haqqında çıxış edir. Ləmbəranskinin bu çıxışından həmən sonra onu Bakı İcraiyyə Komitəsinin sədri təyin edirlər və bildirirlər ki, özün rəhbərlik et, özün tik.

Bundan sonra onun rəhbərliyi ilə bir çox dövlət əhəmiyyətli binalar, mədəniyyət ocaqları, evlər və s. tikilməyə başlanılır. Faktiki olaraq Bakının ilk meri təyin olunan Əliş Ləmbəranskinin Bakıda adına küçə belə yoxdur. Yalnız barelyefini görmək mümkündür. Ondan qalan xatirə isə bizə yadigar qoyub getdiyi binalardır.

Hələ 2014 cü ildə onun 100 illik yubileyi ilə bağlı tədbirdə Əliş Ləmbəranskinin Azərbaycanın neft sənayesinin quruculuğunda gördüyü işlərdən, neft sənayesinin inkişafındakı xidmətlərindən Azərbaycan mədəniyyətinə verdiyi tövhələrdən də bəhs olunub. 

Qeyd edək ki, Əliş Cəmil oğlu Ləmbəranski 1914-cü il mayın 10-da Bərdə rayonunun Ləmbəran kəndində anadan olub. Müxtəlif sənaye müəssisələrində rəhbər vəzifələrdə çalışıb. Neft Sənayesi nazirinin müavini, Bakı Soveti İcraiyyə Komitəsinin sədri, respublika Nazirlər Soveti sədrinin müavini işləyib.

Heydər Əliyev Sarayı, Gülüstan sarayı, Funikulyor, Bakı Dövlət Sirki və Bakıya gözəllik bəxş edən digər binalar, sənaye və mədəniyyət müəssisələri onun rəhbərliyi ilə tikilib. 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə