Salyanda yol qəzası olub, ər-arvad xəsarət alıb

Salyanda yol qəzası olub, ər-arvad xəsarət alıb

Salyan rayonunda yol qəzası nəticəsində 2 nəfər xəsarət alıb.

REAL Report-a istinadla xəbər verir ki, hadisə yeni Ələt-Astara magistral yolunun 45-ci kilometrliyində qeydə alınıb.

Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü Allahverdiyev Məhərrəm Kamil oğlu idarə etdiyi “VAZ-2106” markalı avtombillə hərəkətdə olarkən anidən idarəetməni itirib və maşın aşıb.

Qəza nəticəsində avtomobilin sürücüsü və onun həyat yoldaşı, 1966-cı il təvəllüdlü Allahverdiyeva Sarıtel Məhərrəm qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər