Bakıda binanın zirzəmisində öldürülmüş kişi meyiti tapılıb

Bakıda binanın zirzəmisində öldürülmüş kişi meyiti tapılıb

Bakıda gənc oğlan öldürülüb.

REAL ONA-ya istinadla xəbər verir ki, paytaxtın Nəsimi rayonu, B.Səfəroğlu küçəsində yerləşən binanın zirzəmisində üzərində xəsarətləri olan kişi meyiti aşkar edilib.

Hadisə barədə məlumat daxil olan kimi dərhal Nəsimi rayon Prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib, fotoşəkillər çəkilib və müvafiq ekspertizalar təyin olunub.

Araşdırmalar nəticəsində meyiti tapılan şəxsin, Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Orxan Mahir oğlu Əliyev olması müəyyən edilib.

Meyitin ilkin müayinəsi zamanı O.Əliyevin döyülməsi nəticəsində almış olduğu xəsarətlərdən öldüyü məlum olub.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə