AMEA-nın magistraturasına qəbulun ödənişli əsaslarla keçirilməsinin səbəbi açıqlanıb

AMEA-nın magistraturasına qəbulun ödənişli əsaslarla keçirilməsinin səbəbi açıqlanıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturasına qəbulun ödənişli əsaslarla keçirilməsinin səbəbi açıqlanıb.

REAL ONA-ya istinadla xəbər verir ki, Akademiyanın magistraturasına marağın və tələbatın çox böyük olması nəzərə alınaraq belə qərar qəbul edilib.

Onun sözlərinə görə, bəzi hallarda AMEA-nın magistraturasına bir yerə 80 nəfər iddia edib: “Bütün bunlar nəzərə alınaraq Nazirlər Kabinetinə təkliflərimizi təqdim etdik və müvafiq qərar qəbul olundu. Yenə də bildirirəm ki, AMEA-nın magistraturasına tələbat yüksəkdir”.

Bu ildən AMEA-nın magistraturasına qəbul zamanı ixtisaslaşma seçimindən əvvəl keçirilən müsahibə mərhələsinin ləğv olunmasına toxunan Ə. Sadıqov qeyd edib ki, magistraturaya qəbul imtahanının II mərhələsindən uğurla keçənlər Akademiyada müvafiq müsahibələrdən keçirdilər: “AMEA-nın magistraturasını onsuz da yüksək bal toplayan bakalavrlar seçirlər. Müsahibə mərhələsi bakalavrlar üçün bir növ əlavə əziyyət idi. 3-4 ilin təcrübəsi göstərdi ki, bakalavrların imtahan qazandıqları göstəricilərlə müsahibə komissiyalarının göstəriciləri üst-üstə düşürdü. Beləliklə, biz müsahibə mərhələsinə ehtiyac duymadıq və o ləğv edildi”.

Qeyd edək ki, Nazirlər Kabineti tərəfindən 2019/2020-ci tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturasına 24 ixtisas, 88 ixtisaslaşma üzrə 138 plan yeri təsdiq edilib. Ayrılan plan yerlərindən 103-ü dövlət sifarişli, 35-i isə ödənişli əsaslarladır. Cari ildə ilk dəfə olaraq AMEA-nın magistraturasına ödənişli əsaslarla tələbə qəbulu həyata keçiriləcək. Ödənişli əsaslarla təhsil alanların illik təhsil haqlarının məbləği 1600 manat müəyyən olunub.

Bundan əlavə, bu ildən AMEA-nın (AMEA) magistraturasına qəbul zamanı ixtisaslaşma seçimindən əvvəl keçirilən müsahibə mərhələsi ləğv olunub.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə