Azərbaycan gimnastı Dünya Kubokunun qalibi olub

Azərbaycan gimnastı Dünya Kubokunun qalibi olub

Xorvatiyanın Osiyek şəhərində idman gimnastikası üzrə keçirilən Dünya Kuboku başa çatıb. 

REAL ONA-ya istinadla xəbər verir ki, Azərbaycan millisi yarışı 2 medalla bitirib. 

Komandamızın hesabına ilk mükafatı İvan Tixonov yazdırıb. Gimnastımız dəstəli atda 14,00 xalla kubokun bürünc medalına layiq görülüb.  

Kubokun son günü isə millimizin Nikita Simonov öz sevimli aləti olan halqalarda çempion tituluna yiyələnib. 28 ölkənin iştirakçıları arasında mübarizə aparan gimnastımızın çıxışı 14,500 xalla dəyərləndirilib və o, qızıl medala sahib olub. 

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə