B.Britaniyanın səyahət tövsiyəsi - VİDEO

B.Britaniyanın səyahət tövsiyəsi - VİDEO
Kerol Krofts: Tövsiyələr mütəmadi olaraq yenilənir

Böyük Britaniya xarici işlər nazirliyinin vətəndaşlarına verdiyi tövsiyələr mütəmadi olaraq yenilənir. Bu, vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.
Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts final matçı ilə bağlı keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

Hesab edirəm ki, səyahət tövsiyəsi Britaniya vətəndaşlarının təhlükəsizliyini təmin etmək baxımından atılan kifayət qədər müsbət addımdır. Vətəndaşların Azərbaycana gəlməsi və burdan getməsi müddəti ərzində onların nələri edib, nələri edə bilməyəcəklərinə dair kampaniya aparılıb. Vətəndaşlarımız üçün Britaniyada məqbul hesab edilən addımlar, burada xoş qarşılanmaya bilər. Bu barədə onlara tövsiyələr verilib və bu tövsiyələr daimi olaraq nəzərdən keçirilir.

Səfir Krofts Bakının final matçına yaxşı hazırlaşdığını bildirib.

"Təhlükəsizlik məsələlərinə gəlincə, ölkə hər zaman beynəlxalq təcrübəyə uyğun olaraq bütün təhlükəsizlik tədbirlərini yerinə yetirir", - deyə o, əlavə edib.

Kerol Krofts hansı komandaya azarkeşlik etdiyini də vurğulayıb.

"Mən Mançesterə yaxın şəhərdənəm. Ənənəyə görə, şəhərimizin sakinləri ya "Mançester Yunayted"ə, ya da "Mançester Siti"yə azarkeşlik edir".

Düzünü deyim ki, mən bu komandaların oyunlarını yaxından izləyə bilmirəm. Ancaq oğlum "Mançester Yunayted" azarkeşidir". Sitatın sonu.

Qeyd edək ki, iki gün sonra Bakı Olimpiya Statdionunda Avropa Liqasının final matçı keçiriləcək.

Matçla əlaqədar bütün hazırlıq işləri görülüb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə