Məhbus həyatı - VİDEO

Məhbus həyatı - VİDEO
Məhbusların cəmiyyətə adaptasiyası

Ölkəmizdə həyata keçirilən sosial müdafiə tədbirlərinin bir hissəsi də cəzaçəkmə müəssisələrdən azad edilmiş şəxsləri əhatə edir. Çünki keçmiş məhbuslar iş tapmaqda və özünü maddi cəhətdən təmin etməkdə çətinliklərlə üzləşirdilər. 

Mirzə İmamverdiyev də keçmiş məhbusdu. O, 2014-cü ildə 8 il müddətinə həbs edilib, bu ilin mart ayında prezidentin əfv sərəncamı ilə cəza müddətinin çəkilməmiş hissəsindən azad olunub.

Azadlığa çıxandan sonra müavinət üçün müraciət edib.

Bu pulu almaq üçün 3 adda sənəd tələb olunur:

Ailə tərkibi haqqında İcra hakimiyyətindən arayış

Azad edilmə barədə cəza çəkmə müəssisəsindən arayış

Bəraət haqqında məhkəmə qərarının surəti

Məlumat üçün deyək ki, sənədlər məhbus qeydiyyatda olduğu ərazidə Sosial Müdafiə Fonduna təqdim edilməlidir.

Məhbus müavinəti həbsdən çıxandan 3 ay müddətində ala bilər əks halda müavinət verilmir. Müavinəti almaq üçün həbs müddətinin fərqi yoxdur.

Bundan başqa cəzaçəkmə müəssisələrindən azad olunan insanların sosial reabilitasiyası istiqamətində aparılan işlərdə ilk növbədə onların məşğulluğunun təminatına önəm verilir.

Artıq ilk belə peşə kursları Salyan rayonunda yerləşən cəzaçəkmə müəssisəsində dülgər-xarrat, təmirçi, çilingər peşələri üzrə təşkil edilib. Bu peşə kurslarına cəzaçəkmə müddətinin başa çatmasına az qalmış 28 nəfər cəlb olunub. Üç aylıq kursları müvəffəqiyyətlə bitirən şəxslərə peşə sertifikatları veriləcək.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə