Azərbaycanda sertifikatlı toxum əkən fermerlərə subsidiya veriləcək

Azərbaycanda sertifikatlı toxum əkən fermerlərə subsidiya veriləcək

"Kənd Təsərrüfatı Nazirliyi sertifikatlı toxum əkən fermerlərə subsidiya verəcək". 

REAL "Report"a istinadən xəbər verir ki, bunu nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib. 

Onun sözlərinə görə, nazirliyin subsidiya qaydalarında dəyişiklik etməsi gözlənilir: "Qaydalar təsdiq edildikdən sonra gələn ildən etibarən sertifikatlı toxum əkən fermerlərə subsidiya veriləcək. Məsələ ilə bağlı artıq maarifləndirmə işləri aparılır". 

Ötən il Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Toxum Fondunun xətti ilə ölkəyə "Super elit Krasnodar 99" toxumundan yüksək məhsuldarlıq əldə edilib. Dəmyə torpaqlarından belə yüksək məhsuldarlıq əldə edilib". V. Hüseynov vurğulayıb ki, nazirliyin qarşısında duran əsas vəzifə həm orta, həm də ümumi məhsuldarlığı artırmaqdır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə