Azərbaycanda bu il 999,9 min hektar payızlıq taxıl əkini aparılıb

Azərbaycanda bu il 999,9 min hektar payızlıq taxıl əkini aparılıb

Azərbaycanda Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyasının yaradılması üçün bu il ölkədə 999,9 min hektar payızlıq taxıl əkini aparılıb.

REAL-ın xəbərinə görə, bunu Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov deyib.

Onun sözlərinə görə, bunlardan  668,5 min hektarı buğda, 331,2 min hektarı arpa və 18 min hektara yaxın digər dənli bitkilərin əkini aparılıb.

"2019-cu ildə 67 171 hektarda toxumluq əkin qeydiyyatı aparılıb və bunlardan 47 926 hektarda yerli sortlardan istifadə olunub.

Eyni zamanda ölkəyə 13 245 hektarında yeni taxıl sortları idxal olunub. Yazlıq taxıl əkinləri ümumi 7 362 hektar sahəsi təşkil edib", - deyə A. İsmayılov qeyd edib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə