Azərbaycanın 6 iri dövlət şirkətindən 4-nün xərci gəlirindən çox olub

Azərbaycanın 6 iri dövlət şirkətindən 4-nün xərci gəlirindən çox olub

Keçən il iri dövlət vergi ödəyiciləri üzrə dövlət büdcəsinə daxilolmalarla həmin müəssisə üzrə dövlət büdcəsindən icra edilmiş xərclərin müqayisəsi açıqlanıb.

REAL ONA-ya istinadla xəbər verir ki, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata rəyində əksini tapıb.

Aparılmış müqayisə göstərir ki, "Xəzər Dəniz Gəmiçiliyi" QSC və "Azərbaycan Hava Yolları" QSC istisna olmaqla, digər 4 iri vergi ödəyicisi tərəfindən dövlət büdcəsinə ödənilən vergi və digər ödənişlər dövlət büdcəsindən həmin təşkilatlara ayrılan vəsaitdən az olub. Bu sırada "Azərbaycan Dəmir Yolları" QSC xüsusi diqqət çəkir. Keçən il "Azərbaycan Dəmir Yolları" QSC-nin büdcəyə ödədiyi vəsait 15,8 milyon manat, xərclədiyi vəsait isə bundan 38 dəfə çox, yəni 607,5 milyon manat olub.

Ödənilən və xərclənən vəsaitin müqayisəsi baxımından ikinci yerdə "Azərsu" ASC qərarlaşıb. 2018-ci ildə "Azərsu" ASC-nin büdcəyə ödənişi 27,5 milyon manat, büdcədən bu quruma ayrılan vəsait isə bundan 17 dəfəyə qədər çox, yəni 431,3 milyon manat olub. "Azərenerji" ASC-yə büdcədən ayrılan vəsaitlə bu qurumun büdcəyə ödənişi arasında 2,7 dəfə fərq olub. Keçən il "Azərenerji" ASC-yə büdcədən 240,1 milyon manat ayrılıb, büdcəyə ödəniş isə 86,8  milyon manatı keçməyib.

Dövlət Neft Şirkəti üzrə də mənfi saldo qeydə alınıb. Keçən il Dövlət Neft Şirkəti büdcəyə 1 milyard 425,1 milyon manat ödəniş edibsə, xərci bundan 4 faiz çox çox - 1 milyard 486,4 milyon manat olub.

"Azərbaycan Hava Yolları" QSC-nin büdcəyə ödənişi isə bu quruma büdcədən ayrılan vəsaitdən 3 dəfədən çox olub. 2018-ci ildə "Azərbaycan Hava Yolları" QSC-yə büdcədən 10 milyon manat ayrılıbsa, büdcəyə ödəniş 32,5 milyon manat olub. "Xəzər Dəniz Gəmiçiliyi" QSC isə büdcəyə 30,4 milyon manat ödəniş edib, büdcədən quruma ayrılan vəsait isə 20 milyon manat olub

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə