Baş məşqçi: Azərbaycanla qarşılaşma üçün dəqiq planımız var

Baş məşqçi: Azərbaycanla qarşılaşma üçün dəqiq planımız var

"Biz güclü rəqib gözləyirdik və ilk hissədə bunu təsdiqlədilər". 

REAL Report-a istinadla xəbər verir ki, bunu Slovakiya millisinin baş məşqçisi Pavel Hapal yoldaşlıq görüşündə İordaniyanı 5:1 hesabı ilə məğlub etdikləri matç barədə danışarkən deyib. 

50 yaşlı mütəxəssis görüşün ikinci hissəsinin tamamilə fərqli olduğunu söyləyib. O, ikinci yarıda oyunu öz xeyirlərinə dəyişə biləcəklərinə inandıqlarını bildirib: "İlk hissədən sonra oyuna nəzarət etdik.

Gənc futbolçuların çıxışından razıyam. Bu matçda digər oyunçularımızı da görmək istədik və onlara şans verdik".

P.Hapal iyunun 11-də Bakıda Azərbaycan millisi ilə keçirəcəkləri AVRO-2020-nin seçmə qrup oyunu barədə də danışb: "Azərbaycanla qarşılaşma üçün dəqiq bir planımız var. Həmin oyuna köklənmək istəyirik.

Bu, çox vacib qarşılaşma olacaq. Məqsədimiz ən yaxşısını əldə etməkdir".  

Qeyd edək ki, Azərbaycan - Slovakiya oyunu "Bakcell Arena"da keçiriləcək. Qarşılaşma saat 20:00-da başlayac

Digər xəbərlər
Bu gün
Dünən