İsveçdə əl işlərindən ibarət “Azərbaycan mədəniyyəti” adli sərgi keçirilib

İsveçdə əl işlərindən ibarət “Azərbaycan mədəniyyəti” adli sərgi keçirilib

Azərbaycanlı rəssam, milli geyim və dekorativ tətbiqi sənət ustası, Azərbaycan Rəssamlar İttifaqının üzvü Kəmalə Kərimova-Janssonun İsveçdə “Azərbaycan mədəniyyəti” adli sərgisi keçirilib.

REAL Report-a istinadla xəbər verir ki, İsveçin milli gün bayramına təsadüf edən sərgi krallığın Onge əyalətinin kitabxanasında reallaşıb.

Azərbaycan və İsveçin dövlət himnlərinin səslənməsi ilə başlayan sərgidə rəssam milli geyimlərimizdən Bakı, Qarabağ, Şamaxı, Şəki, qədim parçalarımız, güləbətin tikmə ilə Basqala aid olan başmaq, müxtəlif növ tikmə üsulu ilə hazırlanan əşya qabları və “Azərbaycan inciləri” adlı pannolar nümayiş edib. Kəmalə Kərimova-Jansson əl işləri ilə yanaşı, Azərbaycanın dahi şəxsiyyətləri və xalq sənətkarlığı haqqında da foto və izahlı məlumatlar nümayiş edib. Füzuli, Nizami, Nəsimi, Üzeyir Hacibəyli, Vaqif Mustafazadə, Lətif Kərimov, Səttar Bəhlulzadə və digər şəxsiyyətlər barədə fotolar, həmçinin Qobustan əlyazmaları, milli muğam, Azərbaycan mətbəxinin inciləri təqdim edilib.

Tədbirdə Qara Qarayev, Fikrət Əmirov, Müslüm Maqomayevin, Bülbül, Rəşid Behbudov, Soltan Hacıbəyli, Əhsən Dadaşov kimi musiqiçi və kompozitorlarımızın həzin musiqi və ifaları səslənib.

Sərginin İsveçin milli gününə təsadüf etdiyini nəzərə alaraq Kəmalə Kərimova-Jansson öz tikdiyi İsveçin milli libasından istifadə edib və burada Nobel qardaşlarının Bakıda neft sahəsində fəaliyyətlərinin tarixi haqqında məlumatlar diqqətinə çatdırıb.

Tədbirdə iştirak edən yerli ictimaiyyət nümayəndələri və qonaqlar Azərbaycan mədəniyyətinin zərif və zəngin olduğunu heyranlıqla qeyd ediblər.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə