Azərbaycan karateçiləri Çində 2 medal qazanıblar

Azərbaycan karateçiləri Çində 2 medal qazanıblar

Azərbaycan karateçilər Çinin Şanxay şəhərində Karate1 Premyer Liqa turnirində 2 bürünc medal qazanıblar. 

REAL APA-ya istinadla xəbər verir ki, milli üzvlərindən Firdovsi Fərzəliyev (60 kq) və Pənah Abdullayev (84 kq) mötəbər turnirdə 3-cü yeri tutublar.

Onlar bununla reytinq cədvəllərində mövqelərini də möhkəmlədiblər. 

Dünya Karate Federasiyasının (WKF) rəsmi yarışlarından olan Karate1 Premyer Liqası mövsümünün 4-cü mərhələsində 76 ölkədən 543 idmançı iştirak edib. 

Yarışdan əvvəl müxtəlif ölkələrdə təlim-məşqlərə qatılan yığma üzvləri iyunun 11-də Bakıya dönüb, II Avropa Oyunlarına hazırlıqları davam etdirəcəklər.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə