Çempionlar Liqasında mövsümün ilk püşkü atılıb

Çempionlar Liqasında mövsümün ilk püşkü atılıb

Avrokuboklarda yeni mövsümün ilk püşkatması keçirilib.

REAL APA-ya istinadla xəbər verir ki, Çempionlar Liqasının ilkin mərhələsinin cütləri bəlli olub.

Avropanın ən aşağı reytinqli 4 liqasının çempionu püşk nəticəsində iki cütlük təşkil edib. Bu raundda yarımfinalın iki görüşü və final qarşılaşması Kosovonun Priştina şəhərindəki Fadil Vokkri stadionunda baş tutacaq.

Çempionlar Liqası
İlkin mərhələ
Yarımfinal
25 iyun

1. “Feronikeli” (Kosovo) -  “Linkoln” (Cəbəllütariq)
2. “Tre Penne” (San-Marino) - “Santa Koloma” (Andorra)

Final
28 iyun

1-ci cütün qalibi – 2-ci cütün qalibi
    
Qeyd edək ki, mərhələnin qalibi Çempionlar Liqasının I təsnifat mərhələsinə vəsiqə qazanacaq. Qitənin ən nüfuzlu klub turnirində mübarizəni dayandıran üç komanda isə çıxışını Avropa Liqasında davam etdirəcək.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə