DTX-nın Qaxda elmi-praktik konfransı - VİDEO

DTX-nın Qaxda elmi-praktik konfransı - VİDEO
Terrorçuluqla mübarizədə maarifləndirməyə həsr olunub

Terrorçuluq, həmçinin onun nəticələri müasir dünyanın üzləşdiyi əsas və daha təhlükəli problemlərdəndir. Onun qurbanı dövlətlər və insanlar ola bilər. Bu fikirlər Dövlət Təhlükəsizliyi Xidmətinin Beynəlxalq Antiterror Təlim Mərkəzinin Qax şəhərində keçirilən “Xarici xüsusi xidmət orqanlarının ölkəmizdə həyata keçirdiyi pozuculuq fəaliyyəti” və “Terrorçuluqla mübarizədə gələcək nəslin maarifləndirilməsi” mövzularında elmi-praktik konfransda səsləndirilib. Tədbirdə rayonun rəhbər işçiləri, gənclər və qeyri-hökumət təşkilatlarının, elm, təhsil və mədəniyyət müəssisələrinin, həmçinin ictimaiyyətin nümayəndələri iştirak ediblər.

DTX BATM-in rəisi Rəşad Camalov tədbiri açaraq, konfransın məqsədi və Mərkəzin əsas fəaliyyət istiqamətləri barədə məlumat verib.

Bildirilib ki, terrorçuluq dövlətlər üçün əsas təhlükələrdən biridir. Konfransın əsas məqsədi terrorçuluğa qarşı mübarizə, eləcə də təhlükəsizlik fəaliyyətinin digər sahələri ilə bağlı gələcək nəslin maarifləndirilməsi və bu mübarizədə onların rolunun artırılmasından ibarətdir. 

Müasir dövrdə terrorçuluğun bütün dövlətlər üçün təhlükə mənbəyi olduğunu xüsusi vurğulayan DTX əməkdaşı bildirib ki, Azərbaycan Respublikası terrordan ciddi zərər çəkmiş ölkələrdən biridir. Regionun təhlükəsizliyinə və inkişafına əsas təhdid mənbəyi Ermənistan və onun yürütdüyü təcavüzkarlıq, qəsbkarlıq siyasətidir.

Çıxışlardan sonra Azərbaycanın təhlükəsizlik orqanlarının keçdiyi çətin və şərəfli inkişaf yolundan bəhs edən film nümayiş olunub.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə