Bu gün Sumqayıtın əksər ərazisində qaz olmayacaq

Bu gün Sumqayıtın əksər ərazisində qaz olmayacaq

Bu gün Sumqayıt şəhərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

REAL ONA-ya istinadla xəbər verir ki, Sülh küçəsində yeni çəkilmiş polietilen qaz kəmərinin işlək qaz kəmərinə qoşulması ilə əlaqədar olaraq qaz təchizatında fasilə yaranacaq.

Belə ki, bu gün səhər saat 9:00-dan 17:00-dək şəhərin 1, 2, 3, 4, 5, 6, 7, 8, 12, 15, 16, 17, 18, 19, 22, 29, 30, 34, 45-ci məhəllələrində, 1, 5, 6-cı mikrorayonlarında, “Betonzavod” ərazisi və “İnşaatçılar” qəsəbəsində qaz təchizatı dayandırılacaq.

Aparılan təmir işləri yekunlaşdıqdan sonra təbii qazın verilişi təmin ediləcək.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə