Sabirabadda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb

Sabirabadda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb

Sabirabad rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

REAL Report-a istinadla xəbər verir ki, hadisə Hacıqabul-Horadiz magistral yolunun rayonun Qaratəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Rayon sakini, 1975-ci il təvəllüdlü Heydərov Səbri Əliheydər oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobillə 1989-cu il təvəllüdlü İmişli rayon sakini Paşayev Bəşir Azər oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobil toqquşub. Qəza nəticəsində hər iki sürücü, avtomobildə olan sərnişinlər - İmişli rayon sakinləri - 1987-ci il təvəllüdlü Həşimov Vüqar Radif oğlu və 1968-ci il təvəllüdlü Əliyev Daşqın Qurban oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə