Mingəçevirdə yaşayış binasında yanğın olub

Mingəçevirdə yaşayış binasında yanğın olub

Mingəçevirdə yaşayış binasında yanğın baş verib.

REAL APA-ya istinadla xəbər verir ki, hadisə az öncə şəhərin Heydər Əliyev prospekti  35 ünvanında baş verib.

Həmin ünvanda yerləşən yaşayış binasının 5-ci mərtəbəsində  başlayan yanğının söndürülməsi üçün əraziyə FHN-nin iki yanğınsöndürən maşını və təcili yardım briqadası cəlb olunub. Dərhal yanğının qeydə alındığı blokun sakinləri təhlükəsiz sahəyə təxliyə olunub və ardınca yanğın sahəsi lokallaşdırılaraq söndürülüb. Əldə olunan məlumata görə, yanğın mənzilin tüstü sobasında qeydə alınıb.

Hadisə nəticəsində hər hansı zərərçəkən olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə