Əməyin mühafizəsi - VİDEO

Əməyin mühafizəsi - VİDEO
Bu il 88 bədbəxt hadisə nəticəsində 20 nəfər ölüb

Bütün iş yerlərində işçilər üçün təhlükəsiz və sağlam əmək şəraiti yaradılmalıdır. Bu barədə "Əməyin mühafizəsinin təmin edilməsində kollektiv müqavilələrin rolu" mövzusunda keçirilən seminar-müşavirədə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini İlqar Məmmədov söylədi.

Onun sözlərinə görə, İstehsalatda baş verən bədbəxt hadisələrin qarşısının alınması, bu hadisələr zamanı həyatını itirənlərin və xəsarət alanların sayının minimuma endirilməsi məqsədi ilə xidmət tərəfindən silsilə maarifləndirici tədbirlər həyata keçirilir.

İlqar Məmmədovun açıqlamasına görə, 2019-cu ilin 5 ayı ərzində istehsalatla əlaqəli sayılan 88 bədbəxt hadisə araşdırılıb.

Üçü qrup halında olan bu hadisələr nəticəsində 20 nəfər ölüb, 73 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. istehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatı nəticəsində 93 nəfər zərərçəkmiş şəxsə istehsalat zədəsi formalı akt verilib.

2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Araz Bayramzadə İSƏ jurnalistlərə açıqlamasında bildirdi ki, BU ilin 5 ayı ərzində Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən uşaqları əməyə cəlb edən 3 işəgötürən cərimələnib:

Qurum rəsmisi qeyd etdi ki, Dövlət Əmək Müfəttişliyi əməyin mühafizəsi sahəsində qanun pozuntularının qarşısını almaq məqsədilə silsilə maarifləndirici tədbirlərini davam etdirəcək.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə