ÜGT-nin Bakı konfransı - VİDEO

ÜGT-nin Bakı konfransı - VİDEO
Konfrans və sərgiyə müxtəlif ölkələrdən 500-dən çox nümayəndə qatılıb

Bu gün Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları , Texnoloji İnnovasiyalar Konfransı və sərigisi işinə başladı. Ümumdünya Gömrük təşkilatının təşkilatçılığı və koreya gömrük xidmətinin dəstəyi ilə keçirilən tədbirə 91 ölkənin gömrük və sərhəd xidməti orqanlarının informasiya texnologiyaları sektrunun biznes hökumət və ticarət təşkilatlarının elmi dairələrin 500-ə qədər nümayəndəsi qatılıb. Bu gün Heydər Əliyev mərkəzində ilk gününə start verən konfransda ilk çıxışı Azərbaycan Respublikasının baş naziri Novruz Məmmədov etdi.. baş nazir Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin məktbunu konfrans iştirakçılarının diqqətinə çatdırdı.

Çıxışından sonra jurnalistlərə açıqlama verən baş nazir bu belə konfransların Azərbaycan üçün əhəmiyyətindən danışdı.

İyunun 14-dək davam edəcək konfrans vər sərgidə Dövlət Gömrük Komitəsinin sədri, Gömrük Xidməti general leytenantı Səfər Mehdiyev, Koreya Gömrük Xidməti İnformasiya və Beynəlxalq məsələlər idarəsinin baş direktoru Taeil Kang və Ümumdünya Gömrük təşkilatının baş katibi Kunio Mikuriya iştirak edirlər. Konfrans çərçivəsində keçiriləcək plenar ssesiyalarda texnologiyaya əsaslanan qabaqvıl ticarət üzrə strategiyaların yenidən qurulması, gələcəyin yaşıq nəqliyyat və logistikasına sərhəd idarəçiliyinin münasibəti , maneəsiz sərhəd üçün smart hava limanları, daha təhlükəsiz və dayanıqlı ticarət üçün innovativ həllər gələcəyə yönəlmiş nəqliyyat sahəsi mövzuları müzakirə ediləcək.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə