Yoldan başlayan mədəniyyət - VİDEO

Yoldan başlayan mədəniyyət - VİDEO
Ucar-Zərdab-Ağcabədi yolunda 7 körpü və 9 yeraltı keçid inşa olunacaq

Ötən əsrin 70-ci illərində o vaxtkı normativlər əsasında tikilmiş bir çox avtomobil yollarında hazırda vəziyyət acınacaqlıdır.

Ucar-Zərdab-Ağcabədi yolu da bu yollardan biri idi. Ağır yük maşınlarının sayının kəskin artımı nəticəsində müasir tələblərə cavab vermədiyindən aşınmaya məruz qalıb. Bu isə hərəkətə ciddi mane olurdu. Bu səbəbdən də yolun yenidən qurulması işlərinə başlanılıb.

Layihə üzrə mövcud yolun deformasiyaya uğrayan hissələrinin qazılması, torpaq yatağının genişləndirilməsi, torpaq dolğusu işləri, mövcud boruların çıxarılması və yeni boruların tikilməsi işləri yerinə yetirilib. 

Bu işlər sübut edir ki, yeni, müasir avtomobil yollarının tikintisi, mövcud yolların isə yenidən qurulması işlərinin həcmi və coğrafiyası ildən-ilə artır. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan Dövlət proqramlarında bu sahəyə xüsusi yerin ayrılması dövlətimizin yeni yolların salınması məsələsinə nə qədər əhəmiyyət verdiyini aydın şəkildə göstərir. Bu gün əminliklə söyləmək olar ki, son illərdə yol infrastrukturunun inkişafı istiqamətində icra edilən layihələr yolların müasir səviyyəyə çatmasına hərtərəfli imkan yaradıb və bu istiqamətdə əsaslı dəyişikliklərin yer aldığı prosesi hər bir vətəndaş öz həyatında hiss edir.

Yolun ümumi eni 15 metrdir, 2 hərəkət zolağından ibarət yolun örtüyü polimer asfalt-beton olacaq. Layihə çərçivəsində uzunluqları 20 m-dən 175 m-ə qədər dəyişən 1-4 aşırımlı 7 avtomobil körpüsü inşa olunacaq. Bundan başqa yol boyu 9 yeraltı keçid, 25 düzbucaqlı su keçidi, müxtəlif diametrlərə malik 48 suötürücü boru və 30 avtobus dayanacağı tikiləcək. 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə