Sağlamlığımız təhlükədə - VİDEO

Sağlamlığımız təhlükədə - VİDEO
Antisanitar şəraitdə satılan qidalar xəstəliklərə yol açır

Bazarlarda, ticarət mərkəzlərində, keçidlərdə qutab, peraşki, xaçapuri, bulka və s. məhsulların səyyar satışına tez-tez rast gəlirik. Toz-torpağın altında satılan bu qidalar insan sağlamlığı üçün təhlükəli olsa da, təəssüflə qeyd etmək lazımdır ki, istehlakçılar bu qidalara daha çox üstünlük verirlər.

Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, hər il dünyada müxtəlif şəraitlərdə çirklənmiş qidalar səbəbi ilə təxminən 600 milyon insan xəstələnir, 400 mindən çox insan isə həyatını itirir. 

Mütəxəssislərin bildirdiyinə görə açıq havada olan və küləklə yayılan bu mikroblar buxarlanaraq açıq satılan qidalara bulaşır, bununlada həmin mikrob və bakteriyalar çox asan şəkildə orqanizmə daxil ola bilir. Bu qidalar keyfiyyətini tez itirir deyə ürəkbulanması və qusma hallarına gətirib çıxarır, nəticəsi isə qida zəhərlənməsi və hətta ölüm olur.

Həmçinin belə şəraitdə saxlanılan və satılan qidalar gəmirici heyvanlar, böcəklər tərəfindən zərər görmüş ola bilər. Hələ istifadə olunan qida xammallarının hansı mənbələrdən hansı şəraitlərdə əldə olunduğunu məlum deyil. Buna görə də, qidanın satış, saxlanma və gigiyenik şəraiti çox önəmlidir. 

Bəzən uşaqlara bazarlarda satılan peraşki, xaçapuri, qutab və s. verilir. Hər bir valideyn bilməlidir ki, bu qidalar uşağı üçün çox zərərlidir. Məktəbli övladı olan valideynlər daha diqqətli olmalıdır. Çünki uşaqların məktəb və yaxınlığından açıq qidalar əldə etmək imkanları daha böyükdür. Buna görə də çalışmaq lazımdır ki, məktəblinin qida çantası valideyn nəzarəti ilə yığılsın. Uşaqlara açıq şəraitdə satılan qidaları qəbul etməyə şərait yaratmaq düzgün deyil.

Ekspert bildirir ki, hər hansı bir qidadan zəhərlənməmək o demək deyil ki, həmin qida təhlükəli deyil. Yollarda, bazarlarda satılan yağda qızardılmış məhsullar zamanla şiş xəstəliklərinin yaranmasına səbəb ola bilir. Müsahibim onu da bildirdi ki, hazır qida məhsullarının açıq şəraitdə satışı zamanı məhsullar istehlakçılardan şəffaf vitrinlə ayrılmalıdır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə