Naftalanda yapon işi - VİDEO

Naftalanda yapon işi - VİDEO
Sutəmizləyici qurğunun məhsuldarlığı sutkada 6 min kubmetrdir

Azərbaycanın turizm potensialına malik Naftalan şəhərində ekoloji təhlükəsizliyin təmin edilməsi məqsədilə tullantı sutəmizləyici qurğu istismara veriləcək.

Daha dəqiq “Azərsu” ASC-nin sifarişi ilə icra olunan layihələr çərçivəsində adıçəkilən şəhərdə inşa edilən tullantı sutəmizləyici qurğunun inşası yekunlaşmaq ürədir. Ümumi məhsuldarlığı sutkada 6 min kubmetr layihələndirilən bioloji tipli tullantı sutəmizləyici qurğunun birinci mərhələdə 3 min kubmetr emal gücü olan hissəsi istismara veriləcək. 

Qeyd edək ki, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə birgə həyata keçirilmiş layihə çərçivəsində Naftalan şəhərində 36,8 km içməli su şəbəkəsi yaradılıb və 10 min nəfər dayanıqlı içməli su ilə təmin olunub. Eyni zamanda 39,4 km kanalizasiya şəbəkəsi və tullantı sularının təmizləyici qurğuya nəqli məqsədilə 1,8 km uzunluğunda kanalizasiya kollektoru inşa edilib.

Tullantı sutəmizləyici qurğu istismara verildikdən sonra Naftalan şəhərində su və kanalizasiya infrastrukturunun yenidən qurulması işləri tam yekunlaşacaq.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə