Azərbaycan Xalq Cümhuriyyəti -101 (VİDEO)

Azərbaycan Xalq Cümhuriyyəti -101 (VİDEO)
İslamabadda Azərbaycanın tarixi və indiki dövrünü əks etdirən film nümayiş olunub

Azərbaycanın Pakistandakı səfirliyi İslamabad şəhərində Respublika Günü və Azərbaycan Diplomatik Xidmətinin 101 illiyi münasibəti ilə tədbir keçirilib.

REAL xəbər verir ki, tədbbirdə iştirak edən dövlət rəsmiləri, ictimai-siyasi xadimləri, diplomatlar, ali rütbəli zabitlər müstəqil Azərbaycanın siyasi və ictimai həyatını, həmçinin müasir memarlığını təcəssüm etdirən rəsm nümunələri ilə tanış olublar. Daha sonra Azərbaycan Xalq Cümhuriyyətinin və onun diplomatik xidmət orqanının fəaliyyəti, Azərbaycanın yenidən müstəqilliyinə qovuşması uğrunda apardığı mübarizə, Heydər Əliyevin rəhbərliyi ilə əsaslı dövlət quruculuğu prosesi, Azərbaycanın xarici siyasət sahəsində əldə etdiyi nailiyyətlər və müstəqil ölkəmizin inkişafını əks etdirən film nümayiş olunub.

Ölkəmizin Pakistandakı səfiri Əli Əlizadə müsəlman Şərqində ilk demokratik respublikanın yaradılmasını xalqımızın böyük uğuru kimi qiymətləndirərək, Azərbaycan Xalq Cümhuriyyətinin bütün dövlətlərlə dostluq əlaqələrinin yaradılmasını özünün xarici siyasət prioritetlərindən biri kimi müəyyənləşdirdiyini deyib.

Xalq Cümhuriyyətinin varisi kimi bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında dünyanın sürətlə inkişaf edən ölkələrindən olan müasir Azərbaycanın bütün sahələrdə mühüm nailiyyətlər əldə etdiyi diqqətə çatdırılıb.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə