Voleybolçularımızdan 2-ci qələbə - VİDEO

Voleybolçularımızdan 2-ci qələbə - VİDEO
Millimiz Gürcüstan kollektivini məğlub edib

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Gümüş Avropa Liqasında 5-ci turun oyununu keçirib.

Fərid Cəlalovun baş məşqçilik etdiyi kollektiv Gürcüstan seçməsi ilə üz-üzə gəlib. Matça daha fəal başlayan voleybolçularımız ilk seti 8 xal fərqiylə öndə tamamlayıblar.

İkinci dövrədə komandamız qonaqlarla daha amansız davranıb, 25:8. Sonuncu setdə arxayınlaşan millimiz rəqibə əl-qol açmağa imkan yaradıb. Lakin gürcüstanlıların gücü yalnız 22 xala çatıb. 3-0 və ikinci qələbəsini qazanan kollektivimiz xallarının sayını 6-ya yüksəldib.

Bütün görüşlərini məğlub başa vuran Gürcüstan isə sonuncudur.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə