Energetika naziri və nazir müavinləri Xaçmaz, Quba və Siyəzəndə vətəndaşları qəbul edəcək

Energetika naziri və nazir müavinləri Xaçmaz, Quba və Siyəzəndə vətəndaşları qəbul edəcək

İyunun 28-də Energetika naziri Pərviz Şahbazov Xaçmaz şəhərində Xaçmaz və Şabran rayonlarından olan vətəndaşları qəbul edəcək.

REAL Report-a istinadla xəbər verir ki, qəbul saat 10:00-da Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Xaçmaz filialının inzibati binasında (ünvan: Xaçmaz şəhəri, Heydər Əliyev prospekti 17A) keçiriləcək.

Həmin gün həmçinin Energetika nazirinin müavini Samir Vəliyev Quba şəhərində Quba və Qusar rayonlarının sakinləri, nazir müavini Elnur Soltanov isə Siyəzən şəhərində Siyəzən və Xızıdan olan yerli sakinlər ilə görüşəcək.

Vətəndaşların qəbulu saat 10:00-da Quba rayon Heydər Əliyev Mərkəzində (ünvan: Quba şəhəri, Heydər Əliyev adına mədəniyyət və istirahət parkı) və Siyəzən rayon Heydər Əliyev Mərkəzində (ünvan: Siyəzən şəhəri, Heydər Əliyev küçəsi 90) keçiriləcək.

Bildirilib ki, qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin minenergy@minenergy.gov.az elektron poçt ünvanı, 598-16-53/54 (daxili 1145, 1146, 1147) nömrəli telefon (əlaqələndirici şəxs Azər Rzayev), nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Xaçmaz filialı (əlaqələndirici şəxs Xəyyam Aydınov, əlaqə telefonları: (+99423) 325-12-38, (050) 305-51-67, (055) 721-68-30, elektron poçt ünvanı: office.khachmaz@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi və nazirliyin facebook səhifəsi vasitəsilə qəbula yazıla bilərlər.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə