Ölümə səbəb olaraq qaçan “KamAZ” sürücüsünün məhkəməsi başlayır

Ölümə səbəb olaraq qaçan “KamAZ” sürücüsünün məhkəməsi başlayır

Bakının Qaradağ rayonu ərazisində qəza törədərək insan ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücü Məzahir Sadıqovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

REAL Report-a istinadla xəbər verir ki, iş baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilib.

Hakim İslam Həsənovun icraatında olan iş üzrə hazırlıq iclası iyunun 21-ə təyin edilib.

Qeyd edək ki, hadisə ki, aprelin 1-də Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu Ələt qəsəbəsi ərazisindən keçən hissəsində baş verib. Yolun kənarında dayanmış piyada 1988-ci il təvəllüdlü Əfsanə Qurbanovanı naməlum avtomobil vuraraq hadisə yerindən qaçıb, Ə.Qurbanova isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaqla hadisənin Məzahir Sadıqov tərəfindən “KamAZ-5511” markalı avtomobillə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq törədilməsinə, daha sonra yol-nəqliyyat hadisəsi yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

M.Sadıqova Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə