Nazir müavini: Azərbaycanda hakimlərin sayı Avropa ölkələri üzrə orta göstəricidən 3 dəfə azdır

Nazir müavini: Azərbaycanda hakimlərin sayı Avropa ölkələri üzrə orta göstəricidən 3 dəfə azdır

“Dövlət başçısının təşəbbüsü ilə Azərbaycanda məhkəmə fəaliyyəti, o cümlədən kommersiya məhkəmələrinin yaradılması ilə bağlı mühüm qanun layihələri paketi hazırlanaraq Milli Məclisə təqdim edilib”.

REAL Report-a istinadla xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) - Azərbaycan biznes-forumunda çıxış edən Ədliyyə nazinin müavini Toğrul Musayev deyib.

Onun sözlərinə görə, bu gün həmin qanun layihələrinin I oxunuşda müzakirəsi nəzərdə tutulub.

“2006-cı ildə Azərbaycanda məhkəmə hakimlərinin sayı 2 dəfə artırılaraq 600-ə çatdırılıb. Bununla belə, bu gün ölkədə hər 100 min nəfərə düşən hakimlərin sayı 6 olmaqla, Avropa ölkələri üzrə orta göstəricidən 3 dəfə azdır. Məhz buna görə də hakimlərin sayının daha 200 nəfər artırılması müstəsna əhəmiyuətə malikdir. Bu addım məhkəmə hakimiyyətinin daha optimal şəkildə qurulması üçün çox vacibdir”, - deyə T.Musayev qeyd edib. 

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə