DİN-in hospitalında vakansiya - VİDEO

DİN-in hospitalında vakansiya - VİDEO
Ərizələrin qəbulu 15 iyuladək davam edəcək

Daxili İşlər Nazirliyinin Arif Heydərov adına Respublika Hospitalının nəzdində Reabilitasiya Mərkəzi həkim-fizioterapevt və tibb bacısı vəzifələrinə qəbulla əlaqədar vakansiya elan edir. 

Hər iki vəzifə üzrə müsabiqədə «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»də müəyyən olunmuş şərtlərə cavab verən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yaşayış yeri üzrə qeydiyyatda olan, əvvəllər özü və yaxın qohumları məhkum olunmamış, Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Həkimlər üçün müsabiqədə Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrini bitirmiş, fizioterapiya və tibbi bərpa ixtisası üzrə rezidentura təhsili almış, ixtisası üzrə azı 5 il praktiki təcrübəyə malik, yaşı 35-dən yuxarı olmayan, Tibb bacıları üçün müsabiqədə isə Azərbaycan Respublikasının dövlət orta-ixtisas təhsil müəssisələrində tibb bacısı və ya feldşer ixtisası almış, yaşı 25-dən yuxarı olmayan, fizioterapiya və tibbi bərpa ixtisası üzrə azı 3 il praktiki təcrübəyə malik, boyu 160 santımetrdən aşağı olmayan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 2019-cu il iyun ayının 15-dən iyul ayının 15-dək elektron ərizə forması nı şəxsən dolduraraq elektron poçt vasitəsi ilə Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin internet medical@mia.gov.az ünvanına göndərməlidirlər.
Elektron ərizənin qeydiyyata alınması barədə müvafiq məlumat aldıqdan sonra müsabiqədə iştirak etmək üçün dəvət edilən namizədlərin Şəxsiyyət vəsiqəsi, Təhsil haqqında diplom və Əmək kitabçasını təqdim etmələri mütləqdir
Müsabiqə qaliblərinə müvafiq xüsusi rütbə veriləcək və qanunvericiliklə müəyyən olunmuş qaydada daxili işlər orqanları əməkdaşlarına şamil olunan bütün imtiyazlardan istifadə hüququ əldə edəcəklər 
Əlavə məlumat almaq üçün əlaqə telefonları: (012) 590-20-59
(012) 590-20-94

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə