Məzun günü - VIDEO

Məzun günü - VIDEO
DYP "Son zəng" günü gücləndirilmiş iş rejimində çalışacaq

Son zəng insan həyatında bir dəfə olur, lakin elə şəxslər var ki, bu onların yadında xoş gün kimi, eləsi də var ki, heç də xoş olmayan gün kimi qalır. Elə buna görə də Daxili İşlər Nazirliyi məktəblərin təhlükəsizliyinin təmin olunması məqsədi ilə hər il olduğu kimi bu ildə tərdbirlər gördü.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi, eləcə də rayon dövlət yol polisi şöbələri "Son zəng" günü gücləndirilmiş iş rejimində çalışacaq.

Baş Dövlət Yol Polis idarəsi orta ümumtəhsil məktəblərində son zəngin keçirilməsi ilə əlaqədar valideynlər və məzunlara xəbərdarlıq edir.

Bakı şəhər BPİ DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirir ki, “Son zəng" günü bütün məktəblərin ərazisi yol polisi əməkdaşları tərəfindən nəzarətə götürüləcək və hər hansı neqativ hala yol verildikdə dərhal müvafiq addımlar atılacaq.

Təhsil müəssisələrinin ərazilərində həm sürücülərin həm də piyadaların yol hərəkəti qaydlarına əməl etmələri, avtomobili olan valideynlərin isə avtomobillərini yetkinlik yaşına çatmayan yeniyetmələrə həvalə etməməsi tövsiyyə olunur. 

Çünki əvvəlki illərdə törədilən hadisələrə nəzər salsaq görərik ki, bunun çox ağır nəticələri olur. 

Yol polisi bu il orta məktəbi başa vuran bütün məzunları təbrik edir və gələcək fəaliyyətində onlara uğurlar arzulayır.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə