Yeni Azərbaycan Partiyasında Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

Yeni Azərbaycan Partiyasında Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

Bu gün Yeni Azərbaycan Partiyasında 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

REAL-ın APA-ya istinadən məlumatına görə, tədbirdə YAP sədrinin müavini, baş nazirin müavini Əli Əhmədov, Milli Məclisin deputatları, partiya nümayəndələri iştirak edib. Tədbirdə öncə YAP Gənclər Birliyinin hazırladığı videoçarx nümayiş olunub.

Daha sonra çıxış üçün söz YAP sədrinin müavini Əli Əhmədova verilib. O çıxışda bildirib ki, 1993-cü ilin 15 iyununda H.Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan tarixində yeni mərhələ başlandı: “İnsanları narahat edən, xalqı vahiməyə salan bütün proseslər dəf edildi, xaos, anarxiya, özbaşınalıq aradan qaldırıldı. O zaman Azərbaycanın parçalanması təhlükəsini yaratmış separatizm ləğv edildi, ermənilərin Azərbaycan ərazilərinin dərinliklərinə gəlməsinin qarşısı alındı. Ən başlıcası isə ölkəni bürümüş siyasi və iqtisadi böhrandan ölkə çıxa bildi, hakimiyyət böhranı da aradan qaldırıldı. İnsanların çörək növbələrinə durması kimi dəhşətli mənzərə qısa müddətdə aradan qaldırıldı və beləliklə Azərbaycanda sözün həqiqi mənasında normal həyat təmin edilmiş oldu. Azərbaycanın müstəqilliyi möhkəm və etibarlı bünövrə üzərində qoyuldu”.

Daha sonra tədbir çıxışlarla davam etdirilib.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə